Ramil

Pizzaiolo və xəmir mütəxəssisi

Ramil

Mən Ramil — 13 ildən artıq peşəkar pizza və çörəkçilik sahəsində çalışan pizzaiolo və xəmir ustasıyam.

Peşəkar fəaliyyətim ərzində Azərbaycan, Moskva, Krım, Belarus, Çin, Türkiyə Qazaxıstan və digər ölkələrdə müxtəlif mətbəx və istehsal mühitlərində çalışaraq fərqli xəmir texnologiyalarını, pizza hazırlanmasını və soba proseslərini öyrənmişəm.

Mənim üçün yaxşı pizza yalnız resept deyil. Unun xüsusiyyətləri, suyun miqdarı, fermentasiya müddəti, xəmirin temperaturu, yoğurma prosesi, formalaşdırma və bişirmə temperaturu — bütün bu detallar nəticəyə birbaşa təsir edir.

RAM-PIZZA layihəsində məqsədim illər ərzində qazandığım praktiki təcrübəni sistemləşdirərək pizza, lahmacun, pide, xaçapuri və müxtəlif xəmir məhsullarını hazırlamaq istəyən insanlarla bölüşməkdir.

Burada siz sadəcə resept deyil, xəmirin düzgün hazırlanmasını, baş verən səhvləri və peşəkar yanaşmanı praktiki şəkildə öyrənəcəksiniz.

Təcrübəmi reseptə deyil, nəticəyə çevirirəm.

İş təcrübəsi

  1. 2011 - 2026

    Pizza ustası və təlimçi Bakı