Klassik pizza xəmiri
Standart elektrik və qaz sobalarına uyğun balanslaşdırılmış formul və yoğurma texnikası.
Təlimçi haqqında
Mən Ramil — pizzaiolo və xəmir mütəxəssisiyəm. İllərdir ki, klassik İtalyan xəmir texnikaları, yüksək hidratasiyalı fermentasiya və unun kimyası üzərində çalışıram.
Mənim məqsədim restoranınıza sadəcə hazır qramajlar vermək deyil. Məqsədim sizin mövcud mətbəxinizdə, sizin soba və avadanlıqlarınızla heyətinizə xəmirin davranışını idarə etməyi və hər gün eyni yüksək keyfiyyəti almağı öyrətməkdir.
Hər bir xəmir növü düzgün yoğurma texnologiyası, temperatur idarəetməsi və fermentasiya qaydaları ilə praktiki şəkildə öyrədilir.
Standart elektrik və qaz sobalarına uyğun balanslaşdırılmış formul və yoğurma texnikası.
Yüksək hidratasiya, uzun fermentasiya və hava ilə dolu cornicione (kənar) strukturunun alınması.
Mətbəxinizin özünəməxsus çörək çeşidinin düzgün tekstura və qabıq quruluşu ilə hazırlanması.
Şərq və Qafqaz mətbəxinə uyğun yumşaq, elastik və bişəndə qurumayan xəmir texnologiyası.
Peşəkar pizzaiolo üçün əsas bacarıq səhvi nəticədən müəyyən etməkdir. Restoranınızda aşağıdakı problemlər birdəfəlik həll olunacaq:
Xidmətlər
Təlim sizin restoranınızın ərzaqları və avadanlıqları ilə keçirilir ki, heyətiniz gələcəkdə öz iş mühitində sərbəst işləyə bilsin.
Bəli. 3 gün ərzində intensiv praktiki məşğələlər keçirilir, yoğurma, fermentasiya və bişirmə zənciri tam şəkildə heyətinizə mənimsədilir.
Bəli, əlbəttə! Təlimlərimiz Azərbaycanın bütün bölgələrindəki (və ölkə xaricindəki) restoranlar üçün keçərlidir. Təlim birbaşa sizin mətbəxinizdə, sizin soba və avadanlıqlarınızla aparıldığı üçün komandamız regionlara səfər edir.
Şərtlər: Təlim paketinin standart qiymətinə əlavə olaraq, sadəcə təlimçinin gediş-gəliş (nəqliyyat) və 3 günlük gecələmə (yerləşmə) xərcləri restoran tərəfindən qarşılanır.
Tarix seçmək və ya suallarınızı vermək üçün aşağıdakı formu doldurun, sizinlə tezliklə əlaqə saxlayaq.